Menu

15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan qardaşını öldürüb - Tovuzda dəhşət

20.04.2017, 19:58

tufeng-atesh1Tovuzda qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol