Menu

Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib

21.04.2017, 14:04

qobustan hebsxanasi 4Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.

O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.

8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol