Bu ilin yanvar-may ayları ərzində 383 ton avtomobil benzini, 297 min 434 ton dizel yanacağı ixrac edilib
Azərbaycan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu il ixrac olunan neft məhsullarının həcmini açıqlayıb.
ANS PRESS-in ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadla verdiyi məlumata görə, may ayında 47 min 330 ton dizel yanacağı, 7 min 592 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 21 min 608 ton vakuum qazoylu ixrac edib.
Ümumilikdə, 2014-cü ilin yanvar-may ayları ərzində 383 ton avtomobil benzini, 297 min 434 ton dizel yanacağı, 43 min 59 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 70 min 374 ton vakuum qazoylu ixrac edilib. 2014-cü ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-995,24 dollar, təyyarə yanacağının-948,41 dollar, dizel yanacağının-897,29 dollar, 1% kükürdlü mazutun qiyməti 638,25 dollar təşkil edib.

Şərhlər