Menu

İstanbul terrorunda iştirak etmiş İŞİD silahlısı Suriyada məhv edilib

21.04.2017, 21:50
İstanbul terrorunda iştirak etmiş İŞİD silahlısı Suriyada məhv edilib

İŞİD terror qruplaşmasının Türkiyənin İstanbul şəhərində həyata keçirilmiş terror aktında iştirak etmiş silahlısı Suriyada keçirilən əməliyyatda məhv edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas bildirib.

"Biz İŞİD silahlısı Əbdürrəhman Özbəkinin aprelin 6-da ABŞ-ın silahlı qüvvələri tərəfindən məhv edildiyini təsdiq edə bilərik. O, Yeni il ərəfəsində İstanbulda gecə klubuna hücumda iştirak edib" – deyə Tomas jurnalistlər üçün brifinqdə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol