Menu

"Beşiktaş"ın futbolçusu Avroliqanın ən yaxşısı seçilib

21.04.2017, 22:01
"Beşiktaş"ın futbolçusu Avroliqanın ən yaxşısı seçilib

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Beşiktaş"ın futbolçusu Anderson Taliska ən yaxşı oyunçu seçilib.

Brazilyalı yarımmüdafiəçi ümumi səslərin 53 faizini toplayıb.

Qeyd edək ki, A. Taliska "Beşiktaş”– "Lion” (2:1) matçında komandasının hər iki qolunu vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol