Menu

Hafiz Məmmədov İngiltərədə klub alır

03.06.2014, 14:54
Hafiz Məmmədov İngiltərədə klub alır

“Bakı” futbol klubunun prezidenti “Şeffild Uensdey” klubunu almaq niyyətindədir. Azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu almaq niyyətindədir.

ANS PRESS-in məklumatına görə, Fransanın “Lans”ın klubunun sahibkarlarından və İspaniyanın “Atletiko” klubunun investorlarından biri olan Məmmədov İngiltərə bazarına yiyələnmək qərarına gəlib.

“Şeffild Uensdey - İngiltərənin ən qədim klublarından biridir. Klub 1867-ci ildə yaradılıb və 1889-cu ildə yaradılmış futbol birliyinin təsisçilərindən biri və ilk çempionu olub. “Bayquşlar” son dəfə premyer-liqada 2000-ci ildə oynayıblar. Sonra isə Çempionşip və birinci liqada oynayıblar. Ötən mövsümdə isə onlar Çempionşipdə 16-cı pillədə qərarlaşıblar.

Klubun sahibi Milan Mandariç aksiyalar paketini 50 milyon avroya satmağın əleyhinə deyil və Məmmədov bu alqı-satqıya ən əsas namizədlərdən biridir.

Ancaq Fransa KİV-nin məlumatına görə, bu saziş, Məmmədovun “Lans” investisiyalarına heç bir təsir göstərməyəcək. Klub Liqa 1-ə qayıdıb və avrokuboklara düşmək uğrunda mübarizə aparmaq niyyətindədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol