Menu

Neft ucuzlaşmaqda davam edir - Qiymətlər

22.04.2017, 10:56

Oil CelebrationDünya birjalarında neft yenə ucuzlaşıb. Fins.az xəbər verir ki, buna ABŞ-da istehsalın artması səbəb olub.

Rəsmi məlumatlara görə, bu ölkədə neft istehsalı 2015-ci ilin avqust ayından bu yana ən yüksək səviyyəyə çatıb.

Qərbi Texas nefti (WTI) Nymex birjasında 2,1% ucuzlaşaraq ilə 49.58 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 1,9% ucuzlaşaraq 51.96 dollara düşüb.

ABŞ-da hasilatın artması OPEC-in və digər 11 ölkənin hasilatı azaltmalarının yerini doldurur və bu da qiymətlər üzərində təzyiq yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol