Menu

“Qara bazar”da dolların qiyməti dəyişdi

22.04.2017, 12:02
“Qara bazar”da dolların qiyməti dəyişdi

Bu gün “qara bazar”da dolların satışı bir qədər bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 22-də səhər saatlarında dolların alışı 1.6600 manata, satışı isə 1.6700 manat olub.

Xatırladaq ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6650 manata satılırdı. Dolların alış qiyməti isə dəyişməyib.

“Dollar alverçiləri” bildirirlər ki, son günlər müşahidəedilən ucuzlaşmaya səbəb ABŞ valyutasını alanların azalmasıdır:

“Həm alan yoxdur, əlində dollar olan vətəndaş isə onu əvvəlcə baha aldığı üçün satmaq istəmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol