Menu

İŞID paytaxtını Deyr-əz-Zora köçürür 

22.04.2017, 19:51
İŞID paytaxtını Deyr-əz-Zora köçürür 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, aviazərbələrin çoxalması və Suriya silahlı dəstələrinin hücuma keçməsi səbəbilə, İŞID qruplaşması öz «paytaxt»ını Suriya şəhəri Rakkadan Deyr-əz-Zora köçürüb.

«Fox News>» ABŞ Müdafiə Nazirliyindəki (MN) mənbəyə istinadla xəbər verir ki, ABŞ hərbçilərinin pilotsuz uçaqların köməyi ilə apardığı müşahidələrə görə, son iki ay ərzində yüzlərlə  İŞID «bürokratı» Rakkanı tərk edib. Onlar Deyr-əz-Zorun yaxınlığında yerləşən Meyadin şəhərinə göçüblər.

Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, ABŞ başda olmaqla, koalisiya qüvvələri tezliklə Rakkaya fəal hücuma keçməyi planlayır və şəhər uğrunda savaş qaçılmazdır.

Suriyanın Rakka şəhəri 2014-cü ildə İŞID tərəfindən ələ keçirilib və onun qeyri-rəsmi paytaxtı hesab olunur. Deyr-əz-Zor ölkənin şimal-şərqində, Rakkanın təxminən, 130 kilometrliyində yerləşir. 2014-cü ildən bu şəhər mühasirə şəraitində yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol