Menu

Rusiya hərbçisi Ermənistanda qətlə yetirilib - VİDEO

22.04.2017, 21:47
Rusiya hərbçisi Ermənistanda qətlə yetirilib - VİDEO

Rusiyanın Ermənistandakı bazasının hərbçisi Gümrü şəhərində qətlə yetirilib. “Report” “News.am”a istinadən xəbər verir ki, Rusiyanın Gümrüdəki 102 saylı bazası yaxınlığındakı mağaza qarşısında hərbçi meyiti aşkar olunub. Meyitin Dmirti Yalpayevə məxsus olduğu bildirilir.

Polisin məlumatına görə, cəsədin üzərində kəsici-deşici alətlə vurulan yaralar aşkarlanıb. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol