Menu

Rusiyada qızıl şaxtasında uçqun olub

23.04.2017, 10:44
Rusiyada qızıl şaxtasında uçqun olub

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 163 şaxtaçı evakuasiya edilib, 3 şaxtaçının taleyi məlum deyil.

Uçqun 700 m dərinlikdə baş verib. Hadisə yerində 20 mütəxəssis, yanğınsöndürən-xilasedicilər və təcili yardım briqadası cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol