Menu

Sarkisyan daha bir nazirliyi daşnaklara verir

23.04.2017, 13:54
Sarkisyan daha bir nazirliyi daşnaklara verir

Daşnaksutyun partiyası Ermənistan hakimiyyəti ilə danışıqlar aparır. Məqsəd yeni hökumətdə daha bir nazirliyin daşnaklara həvalə edilməsidir.

Azvision.az xəbər verir ki, hazırkı Ermənistan hökümətində 3 daşnak nazir var.

Regional İdarəetmə, Təhsil və Ətraf mühitin qorunması nazirlikləri Daşnaksutyun partiyasının ixtiyarına verilib. Lakin aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksutyun daha bir nazir portfelini götürməyə çalışır.

Daşnaklar Sarkisyandan kifayət qədər geniş maliyyə xərclərinə malik olan Əmək və sosial işlər və ya Səhiyyə nazirliklərindən birini istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol