Menu

Bakıda çoxmərtəbəli binada yanğın - 40 sakin təxliyə edildi

24.04.2017, 09:12
Bakıda çoxmərtəbəli binada yanğın - 40 sakin təxliyə edildi

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 sakin təxliyə, 8 azyaşlı xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol