Menu

Bakıda motosiklet qəzası - 45 yaşlı kişi öldü

24.04.2017, 14:19
Bakıda motosiklet qəzası - 45 yaşlı kişi öldü

Yasamal rayonunun İnşaatçılar prospektində "Yamaha" markalı motosikletlə yolu keçən 40-45 yaşlı kişi vurulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə aprelin 24-də saat 3 radələrində qeydə alınıb. Belə ki, Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Elvin Rüstəmov idarə etdiyi "Yamaha" markalı motosikletlə yolu keçən 40-45 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilən həmin şəxs orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol