Menu

Rusiyanın raketləri ixtiyari müdafiəni yara bilər! - Amerikalı nazir

24.04.2017, 15:27
Rusiyanın raketləri ixtiyari müdafiəni yara bilər! - Amerikalı nazir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) daxili təhlükəsizlik naziri Con Kelli hesab edir ki, Rusiya raketlərinə qarşı Birləşmiş Ştatların tam müdafiə sistemi yoxdur. Bu barədə nazir «Fox News» telekanalına müsahibəsində bəyan edib.

«Faktdır ki, dünyada çoxlu sayda nüvə silahı olan dövlətlər var və onlar bizim yaratdığımız istənilən müdafiəni yara bilərlər. Nümunələrdən biri - Rusiyadır» - deyə, Con Kelli bildirib.

Bununla yanaşı, nazir Şimali Koreya raketlərinin qarşısının alınması məsələsini şərh etməyib və bildirib ki, bu, məxfi informasiyadır.

«Bu barədə məndə məlumat var, amma bu məsələ məxfiləşdirilib. Əgər Şimali Koreya ABŞ-a çatacaq və nüvə başlığı ilə təchiz olunmuş raket ata bilsə… əgər bu, baş versə, bizim ölkəmiz üçün böyük risk olacaq» - deyə, nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol