Menu

Dağıstanda məktəbdə partlayış - Ölən və yaralananlar var

24.04.2017, 17:40
Dağıstanda məktəbdə partlayış - Ölən və yaralananlar var

Dağıstanda orta məktəblərin birində partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nəticədə 1 şagird ölüb, 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən hadisəyə səbəb silahla ehtiyatsız davranış olub. "Səkkizinci sinif şagirdlərindən biri sinifə əl qumbarası gətirib. Nəticədə sinifdə partlayış baş verib”, - deyə orta məktəbin direktoru Şamil Abakarov bildirib. Dərs zamanı qumbaranı atan uşaq polis bölməsinə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol