Menu

Rusiya hərbi xərclərini kəskin artırıb

24.04.2017, 17:42
Rusiya hərbi xərclərini kəskin artırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya ötən il hərbi xərclərini 5,9 faiz (69,2 milyard dollara qədər) artıraraq, ABŞ və Çindən sonra, dünyada üçüncü olub. Bu məlumatı Sülh problemlərinin araşdırılması üzrə Stokholm beynəlxalq institutu yayıb.

«Hərbi xərclərin aptırılması elə bir vaxtda baş verir ki, Rusiya iqtisadiyyatı neft və qazın qiymətinin aşağı olması və iqtisadi sanksiyalar səbəbilə, ciddi problemlər yaşayır» - deyə, məruzədə qeyd olunur.

Bu göstərici üzrə siyahının birinci pilləsində ABŞ, ikinci pilləsində isə Çin yer alıb.

2016-cı ildə Çinin hərbi xrcləri 5,4 faiz artaraq, 215,0 milyard dollar, ABŞ-ın xərcləri isə 611,0 milyard dollar olub (artım 1,7 faiz təşkil edib).

Qərbi Avropa ölkələrinin hərbi xərcləri ötən il 2,6 faiz artıb. Bu yarışmada liderliyi İtaliya edir - onun hərbi xərcləri 11,0 faiz artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol