Menu

"Həyata keçirilən islahatların mərkəzində insan amili dayanır" - Ziyafət Əsgərov

25.04.2017, 13:15

ZiyafetAzərbaycanda həyata keçirilən islahatların mərkəzində insan amili dayanır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb müəssisəsi tikilib və təmir edilib.

Z.Əsgərov qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsində ən son texnologiyalar və müasir avadanlıqlardan istifadə olunur və bunun nəticəsində ana və uşaq ölümləri əhəmiyyətli şəkildə azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol