Azərbaycan vətəndaşlığı almaq üçün 5 min manat verən iranlıya qarşı dələduzluq
Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü Məhbubi Hamed Manuçehr polisə ərizə yazaraq bildirib ki, Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün ötən ilin sentyabrında Səbail rayonu Mərdanov qardaşları küçəsi, 5 ünvanının qarşısında Goranboy rayon sakini Hamlet Bərxudar oğlu Paşayevə 5000 manat verib, lakin sonuncu dələduzluq edərək pulu qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər