AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə hərbi-hava qüvvələri (HHQ) Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən dəstəklənən suriyalı qruplaşmalara və İraq kürdlərinə zərbələr endirib.
Bombardman nəticəsində 30 nəfərdən artıq adamın həlak olduğu xəbər verilir. Avizərbələrin konkret olaraq, harada və nə vaxt endirildiyi dəqiqləşdirilmir. ABŞ hərbçilərinin zərər görmədiyi bildirilir.
Pentaqonun iki nümayəndəsinə istinadla, bu barədə xəbəri «Fox News» telekanalı yayıb.
Telekanalın məlumatına görə, hal-hazırda Suriyada min nəfərə yaxın ABŞ hərbi qullunçusu yerləşib. Onlar suriyalı və iraqlı (kürd) dəstələrə təlim keçirlər.

Şərhlər