Menu

“Türkiyə-Aİ münasibətləri ən pis həddədir” - Binəli Yıldırım

26.04.2017, 09:40
“Türkiyə-Aİ münasibətləri ən pis həddədir” - Binəli Yıldırım

“Ankara və Brüssel arasında münasibətlər son zamanlar ən pis həddə çatıb”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yəldərəm bildirib.

“Aİ ilə münasibətlərimizson zamanlar ən aşağı nöqtəyə düşüb. AŞPA-nın qərarı tamamilə siyasi qərardır və reallığı əks etdirmir”, - deyə YIldırım qeyd edib.

Qeyd edək ki, AŞPA ötən gün Türkiyənin monitorinq altına alınmasına dair qərar verib.

Türkiyə XİN-i AŞPA-nın qərarını qətiyyətlə pisləyərək təşkilatla münasibətləri yenidən nəzərdən keçirəcəyini istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol