Menu

ARDNŞ Rusiyaya qaz ixracını bərpa edib

04.06.2014, 12:08
ARDNŞ Rusiyaya qaz ixracını bərpa edib

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dünəndən etibarən Rusiyaya qaz ixracını bərpa edib.

"APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ixracın həcmi sutka 2 mln. kubmetrə bərabərdir.

Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya ixracı ötən ilin əvvəlində dayandırılıb. Buna səbəb Bakı-Dağıstan avtomobil yolunun tikintisində aparılan təmir işləri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol