Menu

“Qara bazar”da dollarla bağlı vəziyyət

27.04.2017, 10:42
“Qara bazar”da dollarla bağlı vəziyyət

Son 3 gündə ardıcıl olaraq “qara bazar”da dollar bahalaşmaqda davam edir və artıq yenidən 1.70 manat həddinə yaxınlaşır.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, aprel ayının 27-də səhər saatlarında dolların alışı 1.6800 manata, satışı isə 1.6900 manata qədər yüksəlib.

Bu isə son 3 gündə dolların 1,7%-dək(hər gün 1 qəpik) bahalaşması deməkdir.

Xatırladaq ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6700 manata alınıb, 1.6800 manata satılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol