Menu

Çin 2022-ci ilə qədər orbital stansiya yaradacaq

27.04.2017, 12:16
Çin 2022-ci ilə qədər orbital stansiya yaradacaq

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) 2022-ci ilə qədər orbital stansiya yaratmaq fikrindədir.

Səmaaltı ölkə artıq 2018-ci ildə «Tyanqun-3» model orbital stansiyasını, 2022-ci ilə isə kosmonavtların uzun müddət yaşaya biləcəkləri daha böyük stansiyanı orbitə çıxaracaq.

Çin aerokosmik elmlər və texnologiyalar aerokosmik korporasiyasının (China Aerospace Science and Industry Corp, CASIC) layihələşdirmə şöbəsinin başçısı Van Syan bəyan edib ki, Çin alimləri hal-hazırda kosmosda uzun müddət qalma texnologiyaları üzərində işləyirlər («Jenmin jibao»).

ÇXR 2022-ci ilə özünün kosmik proqramları çərçivəsində tam fəaliyyət qabiliyyətli orbital stansiyanı yaratmağı və orbitə çıxarmağı planlaşdırır. Stansiyanın necə adlandırılması barədə xəbər verilmir.

Buna hazırlıq olaraq, aprelin 20-də Çinin ilk kosmik yükdaşıyan «Tyançjou-1» gəmisi kosmosa göndərilib. Aprelin 22-də gəmi «Tyanqun-2» modulu ilə uğurla birləşib. Yükdaşıyan gəmi həm də orbital stansiyanın yanacaqla təmin olunması prosesini məşq edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol