“Pulla ələ aldığı ziyalılar göz qabağındadır”
Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin Azərbaycanda ziyalıların təşkilatlanmasında Rüstəm İbrahimbəyov faktoru haqda dedikləri və bu şəxsin imkanlarını qabartması birmənalı qarşılanmayıb.
R. Quliyevin açıqlanmasına reaksiya verən tanınmış şair Rüstəm Behridi AzNews.az-a açıqlamasında bildirib ki, sabiq spikerin ziyalı məhfumu haqqında heç bir anlayışı yoxdur: “Rəsul Quliyev bilirmi ki, ziyalılıq nədir? Onun fikrindən belə çıxır ki, ziyalı həm təşkilatçı və inqilabçı olmalıdır. Əslində, ziyalılıq başqa meyarlarla ölçülür. Azərbaycanda kifayyət qədər ziyalı var. Onun sözü ilə heç çür razı deyiləm. Bu biz ziyalıların ünvanına səslənən çox ağır ittihamdır. Rəsul Quliyev çox yalnış fikir söyləyib”.
R. Behridi qeyd edib ki, Azərbaycanda ziyalı zümrəsinin olmamasında Rəsul Quliyevin də günahı az deyil: “Milli Məclisin sədri olduğu dövrdə ələ almaq üçün yoldan çıxartdığı, pul xərclədiyi ziyalılar göz qabağındadır. O, kimi yoldan çıxarıb, kimə pul xərcləyibsə, Azərbaycanda onları hər kəs tanıyır. Bu məsələdə Rəsul Quliyevin də günahı var və mən onunla heç çür razılaşmıram”.
O, özünü ziyalı hesab etdiyini də vurğulayıb: “Lakin, siyasətçilərin üzərinə düşəni öz boynuma çəkmək fikirində də deyiləm”.
Xatırladaq ki, Milli Məclisin sabiq sədri Rəsul Quliyev Azərbaycan ziyalıları haqda verdiyi açıqlamada bildirib ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovdan başqa ziyalını arxasınca apara biləcək ikinci bir şəxsiyyət yoxdur: “Belə şəraitdə Rüstəm müəllimin olmayan müxalifət və ya olmayan Ziyalılar Forumunda rolunu necə qiymətləndirmək olar? Bilmirəm. Rüstəm müəllimin özü bir şəxsiyyətdir. Ona görə də o Azərbaycanda olanda ətrafına müəyyən ziyalılar toplaşırdı və bir aktivlik fonu yaranırdı. İndi siz bir şəxsiyyət göstərin ki, onun ətrafına kimlərsə toplaşa bilsin. Axtarmayın, çünki elə bir şəxsiyyət yoxdur”.


Şərhlər