Menu

“Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurdu

27.04.2017, 17:09
“Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurdu

Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmməd Fərmanov idarə etdiyi mopedlə yolu keçən “Polisə İctimai Dəstək” qrupunun üzvü, 1994-cü il təvəllüdlü Arif Rzayevi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol