Menu

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

27.04.2017, 19:42
Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş zamanı Ankaraya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin göndərilməsi məsələsi müzakirə oluna bilər.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"İki liderin görüşü zamanı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndərilməsi məsələsinin müzakirə ediləcəkmi" sualına D.Peskov "ola bilər" cavabını verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol