Menu

50 yaşlı kişi intihar edib

28.04.2017, 10:07
50 yaşlı kişi intihar edib

Bakıda 50 yaşlı kişi intihar edib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Mirzəyev Həbib Ələkbər oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol