Menu

“Qalatasaray” rusiyalı hücumçu alır

28.04.2017, 21:08
“Qalatasaray” rusiyalı hücumçu alır

“Krasnodar”ın futbolçusu Fedor Smolov “Qalatasaray”a keçə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “sarı-qırmızılar"ın idman direktoru Cenk Ergün 27 yaşlı hücumçunun meneceri ilə İstanbulda görüşərək keçidin detalları haqda ilkin danışıqlar aparıb.

Lukas Podolskini Yaponiyanın "Vissel Kobe" klubuna satılmasından 2 milyon 600 min avro gəlir əldə edən klub hücum xəttini rusiyalı futbolçu ilə doldurmaq istəyir.

Qeyd edək ki, F. Smolov bu mövsüm 27 matçda 22 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol