Avropa İttifaqı Türkiyənin quruma üzv olmasına dair danışıqları dayandırmayıb.TASS xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Mogerini quruma üzv olan XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə bəyan edib.
“Danışıqlar prosesi dayandırılmayıb. Sadəcə hazırda biz yeni mövzular ətrafında müzakirələr aparmırıq”, - deyə F.Mogerini vurğulayıb.
O həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyədə keçirilən referendumun nəticələrini tanıyır və bu ölkədə sabitliyin təmin olunmasında maraqlıdır.

Şərhlər