"Ola bilər ki, o, xalqın ələ saldığı bir təlxəklə dostluq etməyi ziyalılığın zirvəsi hesab edir." Bunu Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev şair Rüstəm Behridinin onunla bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, Rəsul Quliyevin Azərbaycanda ziyalıların təşkilatlanmasında Rüstəm İbrahimbəyov faktoru haqda dediklərinə münasibət bildirən Rüstəm Behridi sabiq spikerin ziyalı məhfumu haqqında heç bir anlayışı olmadığını iddia etmişdi. “Rəsul Quliyev bilirmi ki, ziyalılıq nədir? Onun fikrindən belə çıxır ki, ziyalı həm təşkilatçı və inqilabçı olmalıdır. Əslində, ziyalılıq başqa meyarlarla ölçülür. Azərbaycanda kifayyət qədər ziyalı var. Onun sözü ilə heç çür razı deyiləm. Bu biz ziyalıların ünvanına səslənən çox ağır ittihamdır. Rəsul Quliyev çox yalnış fikir söyləyib”.
R. Behridi daha sonra qeyd edib ki, Azərbaycanda ziyalı zümrəsinin olmamasında Rəsul Quliyevin də günahı az deyil: “Milli Məclisin sədri olduğu dövrdə ələ almaq üçün yoldan çıxartdığı, pul xərclədiyi ziyalılar göz qabağındadır. O, kimi yoldan çıxarıb, kimə pul xərcləyibsə, Azərbaycanda onları hər kəs tanıyır. Bu məsələdə Rəsul Quliyevin də günahı var və mən onunla heç çür razılaşmıram”.
Rəsul Quliyev isə R.Behrudini onun fikirlərini oxumadan fikir yürütməkdə günahlandırıb: "Bunu yazan şəxsin həmişəki kimi yazını oxumadan fikir söylədiyi açıq aydın görsənir. Ondan xahiş edək ki, əvvəl yazını oxusun, sonra ya səhv etdiyini boynuna alsın, ya da ətrafına başqalarını toplaya biləcək ziyalının adını yazsın. Bir də özünü görkəmli ziyalı hesab edən şəxsin nəzərinə çatdırmaq istəyirəm ki, ziyalılığın birinci şərti başqasının fikirini dəqiqliklə bilmədən hədyan yazmamasidır. Ola bilər ki, o, xalqın ələ saldığı bir təlxəklə dostluq etməyi ziyalılığın zirvəsi hesab edir."
Xatırladaq ki, Rüstəm Behrudi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dostu kimi tanınır...
Vaqif Nəsibov

Şərhlər