Menu

Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

29.04.2017, 09:02
Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.

Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol