Menu

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29.04.2017, 09:15
Şimali Koreya ballistik raketini sınaqdan keçirib

Şimali Koreya ehtimala görə, növbəti dəfə ballistik raketini sınaqdan keçirib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.

"Şimali Koreya bu gün səhər Pxyonan-Namdo əyalətinin Pukçxan rayonunda hələ ki, tipi məlum olmayan raket sınaqdan keçirib", - deyə agentlik Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatını sitat gətirir.

Məlumata görə, sınaq uğursuz alınıb.

CNN telekanalının Pentaqondakı mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə idarəsi Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınaqdan keçirməsi faktını təsdiq edir.

Bundan əlavə, telekanal məlumat verir ki, buraxılan "KN-17" ballistik raketi dənizə düşənədək "bir neçə yüz mil" hərəkət edib, daha sonra havada partlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol