Menu

Rusiyada Don çayından ABŞ tankı tapıldı - Müəmmalı olay

29.04.2017, 20:51
Rusiyada Don çayından ABŞ tankı tapıldı - Müəmmalı olay

usiyanın Voronej əyalətində Don çayından II Dünya müharibəsi zamanı istifadə edilən ABŞ istehsalı olan “Stuart” tankı tapılıb.Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Səfərbərlik üzrə komissiya rəhbəri Yevgeni Binyukov deyib.

O, həmin tankın savaş zamanı borc olaraq SSRİ-yə göndərildiyini bildirib.

Binyukov Almaniya istehsalı Stuq topunun da çaydan tapıldığını əlavə edib.

Qeyd edək ki, hazırda hərbçilər həmin çaydan “S-65 Stalinets” tipli traktoru çıxarmağa çalışırlar

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol