Menu

"Bütün sazişləri ləğv edəcəm" - Tramp

30.04.2017, 11:45
"Bütün sazişləri ləğv edəcəm" - Tramp

ABŞ Prezidenti Donald Tramp yeni danışıqlara başlayacağını və ya ABŞ-ın maraqlarına cavab verməyən bütün sazişləri ləğv edəcəyini vəd edib.APA-nın verdiyi xəbərə görə, Tramp bunu hakimiyyətdə olmasının 100 günü münasibəti ilə Pensilvaniyada tərəfdarlarının keçirdiyi mitinqdə deyib.

Tramp, Meksika və Kanada ilə imzalanmış azad ticarət sazişinə (NAFTA) dair yeni danışıqlar aparacağını vəd edib: “Bu hamı üçün yaxşı olacaq”.

“Əgər biz şirkətlərimiz və işçilərimiz üçün yaxşı saziş əldə etməsək, NAFTA-nı dayandıracağıq”, - deyə Tramp qeyd edib.

Prezident həmçinin Trans Sakit Okean Tərəfdaşlığı (TTP) sazişinin də “dəhşətli və fəlakətli” adlandırıb. Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın razılaşmanı tərk edəcəyini bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol