AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Filippinin Prezidenti Rodrige Duterteni Ağ evə dəvət edib.
Ağ evin bəyanatında deyilir ki, hər iki ölkənin liderləri Rodrige tərəfindən narkotiklərə qarşı elan edilmiş müharibəni və Şimali Koreya tərəfindən yaradılan təhdidləri telefonla müzakirə ediblər.
«BBC»-nin xəbərinə görə, Qərb ölkələrinin liderləri min nəfərdən artıq insanın öldürülməsi ilə nəticələnmiş və dəfələrlə beynəlxalq qınaqlara məruz qoyulmuş sərt antinarkotik kompaniyasının müəllifi - Filippinin odioz Prezidenti ilə münasibətdən qaçırlar.


Şərhlər