AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) öz istehsalı olan nəhəng hidrotəyyarəni (AG600) uğurla sınaqdan keçirib.
Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, Çinin aviatikinti korporasiyasında qeyd ediblər ki, həyata keçirilmiş testlər amfibiyanın ilk uçuşa baza hazırlığından danışmağa əsas verir.
Təyyarə-amfibiya ilk dəfə havaya may ayında qalxacaq, su üzərində isə onu cari ilin ikinci yarısında sınayacaqlar.
Sözügedən hava gəmisi ilk növbədə, mülki aviasiyanın ehtiyacları üçün nəzərdə tutulub. Ondan meşə yanğınları ilə mübarizədə və xilasetmə işlərində istifadə olunacaq. Təyyarənin ÇXR ordusunda istifadə variantları da nəzərdən keçirilir.
Xəbər verildiyi kimi, bundan əvvəl Çin özünün istehsal etdiyi aviadaşıyıcı gəmini suya buraxıb.
Məlumat üçün bildirək ki, bu tipli amfibiya-təyyarələr hələ ötən əsrin 70-ci illərində SSRİ-də (Xəzər dənizində) sınaqlardan keçirilmişdi. O zaman hidrotəyyarəni «Xəzər əjdahası» («Kaspiyskiy monstr») adlandırmışdılar. Hətta onun varlığı ilə bağlı əfsanələr də uydurulmuşdu…


Şərhlər