Menu

NATO dəyəri 1 milyard avro olan yeni mənzil-qərargahına köçür - VİDEO

02.05.2017, 16:17

20100628_new-hq

NATO yeni mənzil-qərargahına rəsmən mayın 25-də, Brüsseldə Alyansa daxil ölkələrin dövlət və hökumət başçılarının sammiti zamanı köçəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Belçika baş naziri Çarl Mişel ilə görüşünün yekununda təsdiq edib.

"Liderlərin may ayındakı görüşündə Belçika tərəfinin yeni mənzil-qərargahı Şimali Atlantika Alyansına verməsi ilə bağlı rəsmi mərasim keçiriləcək", - deyə o bildirib.

NATO-nun yeni kompleksi Alyansın hazırkı qərargahından bir küçə aralıda yerləşir. Bu nəhəng yarımdairəvi şüşə bina 41 hektar sahəni əhatə edir. Onun ofis sahəsi 245 min kvadratmetrdir. Eyni anda bu bninada 4 mindən çox insan işləyəcək.

Bina enerjiyə qənaət, rabitə və kommunikasiyalar sahəsində yeni texnologiyalardan istifadə edilməklə, eləcə də qurğunun özünün fiziki müdafiəsi ilə inşa edilib. Onun layihə dəyəri 1 milyard avro təşkil edir.

NATO üçün yeni mənzil-qərargah tikilməsi barədə qərar 1999-cu ildə qəbul edilib, tikinti işlərinə isə 2010-cu ildə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol