Menu

“Azərbaycanın 5 rayonu qaytarılsa....” - Aleksandr Dugin

02.05.2017, 19:37
“Azərbaycanın 5 rayonu qaytarılsa....” - Aleksandr Dugin

"Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması vacib arqumentdir".

"AzPolitika"nın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin deyib.

Onun sözlərinə görə, əgər yaxın zamanlarda tərəflər Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması barədə razılıq əldə edə bilsələr, bu Rusiya-Azərbaycan münasibətlərində vacib məqam olacaq: "Bununla belə, Qarabağın özü və digər iki rayonla bağlı vəziyyət daha mürəkkəbdir və bunun üçün daha çox vaxt lazım ola bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol