Son zamanlar Azərbaycanda işə düzəltmə adı ilə dələduzluq hallarının çoxaldığı müşahidə olunmaqdadır. “İşə qəbul” adı ilə minlərlə vətəndaşımız bu oyunun qurbanına çevrilib. Tələb etdikləri məbləği aldıqdan sonra iş də yaddan çıxır, pul aldığı şəxs də. Xüsusilə MMC-lər arasında belə hallara çox tez-tez rast gəlirik. “AzPolitika.info”ya həmin MMC-lərdən biri - “ANGEL-S” şirkəti haqda şikayət daxil olub. Şikayətçilər bu MMC-nin onlardan işə düzəltmə adı ilə pul tələb etdiyini bildiriblər.
“ANGEL-S” MMC-dən şikayət edənlər bildirirlər: ”Şirkət mühafizə işi təklif edir. Bu haqda bir çox internet resurslarında elan yerləşdirilib. Bu elanda göstərilən ünvana – Rəşid Behbudov küç 46-ya getdiyimizdə, bizi Tahir adlı şəxslə görüşdürdülər. Özünü şirkətin məsul şəxsi kimi təqdim edib, iş haqda məlumat verməyə başladı. Paytaxtın bir neçə rayonunda obyektləri olduğunu bildirib, mühafizəçiyə ehtiyac duyduğunu vurğuladı. İşə gəlincə, bizdən “Adi mühafizə işi, yoxsa vəzifə istəyirsiniz?”, deyə sual etdi. Tahir adlı bu şəxs daha sonra adi mühafizə işinin qiymətinin 700 manat, vəzifə dediyi "növbə rəisi" işi üçün isə 1600 manat verməli olduğumuzu bildirdi. Biz isə "elanınızda belə bir məbləğə rast gəlmədik", deyə irad bildirdikdə cavabı bu oldu: “Ora yazası deyilik ki.. İş var, təki əliniz cibinizdə olsun, qalan şey asandır”.
“AzPolitika”nın araşdırması zamanı məlub olub ki, “ANGEL-S” MMC-nin məsul şəxsi olduğunu deyən Tahir adlı bu şəxs onlarla vətəndaşa qarşı bu əməli etməklə, onlardan kulli miqdarda pul alıb. Nəticədə, “3 həftəyə işə başlayacaqsız” sözü elə söz olaraq qalmaqda davam edib. Zərərçəkənlərin bir çoxu verdikləri pulu müəyyən vaxt itkisindən sonra geri almağı bacarsalar da, bu tələyə düşən bir neçə şəxs hələ də pullarını almağa müvəffəq ola bilməyib.
Əməkdaşımızın "ANGEL-S" MMC-nin məsul şəxsləri ilə danışmaq cəhdi baş tutmayıb.
"AzPolitika"


Şərhlər
mende 600 azn pul verdim ve itirdim orda tahir agayev atdi millete
vusal balayev
Təvəllüd: 15.01.1988
Doğum yeri: Bakı ş. Azərbaycan
Milliyyət: Azərbaycanlı
Cinsi: Kişi
Ailə vəziyyəti: Evli Bir Usagim var
Ünvan: Binəqədi rayonu, Biləcəri qəs. Rəşid İsmayılov küç. k 25/1
Ev telefonu: (+994 12) 406 97 79
Mobil telefon (+994 55) 554 59 85
E-mail: vusalb8815@gmail.com
Təhsili
1994-2005 Bakı şəhəri 297 saylı orta məktəb
2006-2010 Azərbaycan Kooperasiya Universiteti – Beynəlxalq iqtisadi münasibətlər fakültəsi
İxtisas- Ümumi iqtisadiyyat
Dərəcə - bakalavr
Tədris – Azərbaycan dili (əyani)
Hərbi xidmət
2011-2012 Hərbidə teleqrafçı vəzifəsində olmuşam
İşlədiyi yerlər
2012-2014 Socar Neft şirkəti – Kassir operator
2015-2016 Muhafize idaresi – Muhafize
2016-2017 Marketler sebekesi – Satis meslehetcisi paketci
Kompüter bacarığı
Sürücü vəsiqəsi¬¬-______________BC____________
Windows 7/xp/vista ,Microsoft Office proqramları , Photoshop.