Menu

Səyyar satış qadağan olunur - Mayın 1-dən sonuna qədər...

03.05.2017, 18:53
Səyyar satış qadağan olunur - Mayın 1-dən sonuna qədər...

Bakı şəhər İcra hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamenti IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə açıqlamasında departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarına ciddi tapşırıq verilib: "Departamentin bütün əməkdaşları mayın 1-dən gücləndirilmiş iş rejimində çalışır. Bu iş rejimi ayın sonuna qədər davam edəcək. Əsas məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və oyunlar zamanı metroların giriş-çıxışlarına, avtobus dayanacaqlarına, əhalinin sıx olduğu ərazilərə nəzarəti gücləndirməkdir. Mayın 1-dən sonuna qədər əməkdaşlarımız həmin ərazilərə təhkim olunub, səyyar satışın qarşısı alınır. Bu isə paytaxt sakinləri və turistlərin rahatlığını təmin etmək məqsədi daşıyır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol