«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosu (ABŞ FTB) Rusiya sərhədlərindən kənara çıxacaqları təqdirdə, rusiyalı hakerləri həbs edəcəyini bildirib.
ABŞ Senatındakı dinləmələr zamanı FTB direktoru Ceyms Komi belə bir vəd verib. O, Rusiyanı Birləşmiş Ştatlar üçün ən böyük təhlükə adlandırıb və əlavə edib ki, Moskva hələ də Amerikanın siyasi proseslərinə müdaxilədən imtina etməyib.
Komi həm də bəyan edib ki, başa çatdırılmayana qədər, Rusiyaya yönəlik təhqiqatlar barədə bir kəlmə də danışmayacaq.

Şərhlər