Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 9 nəfərinin adı məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, 10 nəfər yaralıdan 1-i Cəlilabad Rayon Mərkəzi xəstəxanasının travmotologiya, 9 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxslər bunlardır:
Nəzrin İntiqam qızı Qəhrəmanova
Günəş Mahmudlu
Ülfət Mahmudlu
Xuraman Zakir qızı Abışova
Tünzalə Hüseynağa qızı Fərəcova
Könül Mirzəyeva
Mələk Fəxrəddin qızı Rəhimova
Rəvanə Elşad qızı Abbasova
Elnarə Malik qızı Əhmədova
[gallery size="full" ids="318132,318133,318134"]
* * *
Cəlilabadda mikroavtobus yanıb, yaralılar var. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndi ərazisində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.
İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb
Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib.


Şərhlər