«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin axtarışı rəsmi olaraq, dayandırılıb. İnterpol faktı sənədli şəkildə təsdiqləyib. Bu barədə Yanukoviçin mətbuat katibi Yuri Kirasir özünün «Feysbuk» səhifəsində yazıb.
Onun sözlərinə görə, bu cavab Yanukoviçə xidmət göstərən «JHA LLP» vəkil kontorunun İnterpola göndərdiyi sorğudan sonra əldə olunub. Sorğuda, eks-prezidentin axtarışda olmadığı barədə informasiyanın ictimailəşdirilməsi tələb olunur.
İnterpol eyni zamanda, Yanukoviçin axtarışda olması barədə məlumatları özünün məlumat bazasından silib.
Xatırladaq ki, eks-prezident 2016-ci ilin əvvəlində beynəlxalq axtarışa verilmişdi.

Şərhlər