Menu

Ər arvadını baltaladı - FOTO

04.05.2017, 12:52
Ər arvadını baltaladı - FOTO

Ucar rayonunda ər arvadını baltalayıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

Belə ki, rayonun Bağbanlı kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov ailə münaqişəsi zəmnində arvadı 1966-cı il təvəllüdlü Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.

Əraziyə Ucar rayon təcili yardım briqadası çağırılıb. Yaralı Ş.Mahmudova Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxananın şöbə müdiri Cavanşır Vəzirov "Report"un yerli bürosuna bildirib ki, yaralının vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.

Hadisəni törədən M.Mahmudov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol