Menu

Masallıda sünnət zamanı 5 yaşlı uşağın ölümünün səbəbi açıqlandı

04.05.2017, 15:00
Masallıda sünnət zamanı 5 yaşlı uşağın ölümünün səbəbi açıqlandı

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb:

“Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

Qeyd edək ki, Masallının Musaküçə kəndində 5 yaşlı K.Hüseynov ev şəraitində sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağı olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol