AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya «Ağquyu» atom elektrik stansiyasının (AES) tikintisinə (Türkiyə) 22 milyard dollar sərmayə yatıracaq.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, buraya qoyulacaq sərmayənin toplam məbləği 22 milyard dollara çatacaq. Prezident bu barədə türkiyəli həmkarı R.T.Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bəyan edib.
Rusiya və Türkiyə hökumətləri arasında 2010-cu ildə bağlanmış sazişə uyğun olaraq, Türkiyə ərazisində dünyada ilk dəfə olaraq, «tik-sənin olsun-istismar et» prinsipi əsasında atom elektrik stansiyası tikiləcək. Stansiya üzərində mülkiyyət hüququ Rusiyaya məxsus olacaq.


Şərhlər