Menu

Tramp Vatikana və Yaxın Şərqə səfərə hazırlaşır

05.05.2017, 01:14
Tramp Vatikana və Yaxın Şərqə səfərə hazırlaşır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti statusunda Donald Tramp özünün ilk xarici səfəri çərçivəsində Vatinkanda, İsraildə və Səudiyyə Ərəbistanında olacaq. Bu barədə «Politiko» nəşri yazıb.

«Müqəddəs səltənət»dən verilən məlumata görə, Trampın Roma Papası Fransisklə görüşü mayın 24-də baş tutacaq.

ABŞ Prezidenti İtaliyaya səfəri zamanı Roma papası ilə görüşməyi özünə şərəf hesab etdiyini bildirib. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser danışıb.

Tramp mayın 26-27 tarixlərində «Böyük yeddilər»in Siciliyadakı Taormində keçiriləcək sammitində iştirak edəcək. Həmin tarixə bir gün qalmış ABŞ Prezidenti NATO-nun Brüsseldə keçiriləcək sammitinə qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol