Menu

"Qarabağ" klubu Azərbaycan Kubokunun qalibi olub

05.05.2017, 20:23
"Qarabağ" klubu Azərbaycan Kubokunun qalibi olub

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib.

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikasının stadionunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib.

Beləliklə, "Qarabağ" ardıcıl ikinci mövsümü "qızıl "dubl"la başa vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub.

Qeyd edək ki, görüş gündüz saatlarında isti hava şəraitində baş tutub. Bununla belə, oyunu 12 minədək tamaşaçı izləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol