Menu

Tramp sentyabr ayına qədər büdcəni imzalayıb

06.05.2017, 00:16
Tramp sentyabr ayına qədər büdcəni imzalayıb

ABŞ prezidenti Donald Tramp sentyabr ayına qədər büdcəni imzalayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

Sanders bildirib: "Bildiyimə görə, o, son saat ərzində onu imzalayıb".

Qeyd edək ki, mayın 3-ü ABŞ Konqresinin Senatı Nümayəndələr palatasının ardınca büdcə qanununu təsdiqləyib. ABŞ qanunvericiliyinə əsasən, Tramp iki gün ərzində bu qanunu imzalamalıdır, əks təqdirdə ABŞ federal hakimiyyət orqanları maliyyələşmənin olmadığından işini dayandırmağa məcbur olacaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol